Markalardan, Burger King, All about the Whopper
Burger King dünyanın dörd bir tərəfindən olan insanlara çox sadə bir sual verdi. Doğru cavab verənlərin mükafatı 10.000 dollar olan sual belə idi: “Burger Kingdən 3 hamburger adı deyə bilərsiniz?”
Sorğuda iştirak edən insanların 85%-i “Whopper”-dan başqa ad xatırlaya bilmədi və sadəcə 3%-i 3 və daha artıq Burger King hamburgeri adı deyə bildi. Hətta verilən cavablar arasında “Burger King doble bufalo Crunch”, “Big Whopper Baby”, “Healthy burger”, “Fishy Wishy”, “Isn’t that a sub?” və “The Big Mac Competition" kimi Burger King-ə aid olmayan hamburger adları da var idi.???? Burger King, INGO reklam agentliyi tərəfindən hazırlanan kampaniyanın nəticələrini uğursuz dəyərləndirmək əvəzinə, nəticələri sahiblənib, “All about the Whopper” (Whopper haqqında hər şey) başlığı ilə ictimaiyyətə təqdim etdi. Burger King-in qlobal marketinq rəhbəri Iwo Zakowski, kampaniya haqqında, "Dünyadakı hər 10 nəfərdən 9-u Whopper-ı tanıdığı üçün məmnunuq. Kampaniya, insanların Whooper-a sevgisini göstərir və bunu qeyd etməyə dəyər!" açıqlamasını verdi. Burger King-ə görə bu kampaniya, markanı dəyərli edən hamburgeri ortaya çıxarmış oldu.
Nəzakət Əliyeva
2025-05-07 03:14:13Əla yazıdır. Təşəkkürlər